
Mədəniyyət naziri Adil Kərimli Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşüb.
Bu barədə AVESTA.AZ-ə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, Adil Kərimli Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Nazir, həmçinin dövlət tərəfindən mədəniyyət və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.
Görüşdə bu il Azərbaycanda yeddinci dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də söhbət açılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.