
Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxsin ölməsi ilə bağlı məlumat təsdiqini tapmayıb.
Bu barədə "AVESTA.AZ"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Dəqiqləşdirildi, xəsarət alan şəxs ölməyib", - nazirlikdən bildirilib.
Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.
Bu barədə "AVESTA.AZ"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, hadisə zamanı xəsarət alan "TIR"ın sürücüsü Göyçəliyev Şaiq Məmməd oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Bununla da ölənlərin sayı 7-yə çatıb.
Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.
Bu barədə "AVESTA.AZ"un Şimal bürosu məlumat əldə edib.
Məlumata görə, hadisə zamanı xəsarət alan "TIR"ın sürücüsü Göyçəliyev Şaiq Məmməd oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.
Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.