
Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobusun aşması nəticəsində xəsarət alan olmayıb.
Bu barədə “AVESTA.AZ”a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib.
Qeyd olunub ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində “Hyundai” markalı 50-EA-628 markalı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün avtomobili dayandırıb:
“Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və yolun kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.