Bu gün, 16:48 68

Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA

Mediada aptekdə satışı həyata keçirilən uşaq qidasında qurd aşkar edilməsi ilə bağlı yayımlanan məlumatlar əsasında AQTA-nın əməkdaşları tərəfindən araşdırma aparılıb.

AQTA-dan AVESTA.AZ-ə bildirilib ki, araşdırma zamanı satışda olan uşaq qidalarının saxlanma şəraiti (temperatur rejimi, mal qonşuluğu), istifadəyə yararlılıq müddətləri yoxlanılıb, eləcə də həmin məhsul partiyasının bir neçəsinin qablaşdırması açılaraq vizual baxış keçirilib və hər hansı uyğunsuzluq aşkar edilməyib.

Həmçinin, aptekdə dezinfeksiya tədbirlərinin də aparıldığı müəyyən edilib. Eyni zamanda sözügedən məhsulları ölkəyə idxal edən müəssisənin və satış həyata keçirilən aptekin anbarlarına baxış keçirilib. Hər 2 anbarda saxlanılan məhsullardan nümanələr götürülüb, qablaşdırmaları açılaraq vizual baxış keçirilib və hər hansı uyğunsuzluq aşkar edilməyib, eləcə də məhsulların saxlanma temperaturuna riayət olunduğu müəyyən edilib.

AQTA qida məhsullarının satışını həyata keçirən şəxslərə çağırış edir ki, saxlama şəraitinə, temperatur rejiminə ciddi şəkildə riayət olunmalıdır. Baş verə biləcək hər hansı uyğunsuzluq hallarına görə məsuliyyət daşıyırlar. İstehlakçıları da məhsulun üzərində etiketlə tanış olmağa və məhsulun saxlama şəraitinə diqqət yetirməyə çağırırıq.

***11:09

"Baku Kids Company" MMC şirkəti "Humana" körpə qidasında qurd aşkar edilməsi ilə bağlı mediada yayımlanan məlumatlara münasibət bildirilib.

Şirkətdən AVESTA.AZ-ə bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir. "Humana" brendinə məxsus körpə qidaları beynəlxalq standartlara uyğun şəkildə, tam hermetik və vakumlu qablaşdırmada istehsal olunur.

Qeyd edilib ki, vakumla paketlənmiş məhsulun daxilində hər hansı canlı orqanizmin yaranması və ya inkişaf etməsi təbiət baxımdan mümkün deyil:

"Eyni zamanda, təqdim olunan videomaterialda qablaşdırmanın açılma anı əks olunmur və bu, məhsulun əvvəlcədən istifadə edilmiş ola biləcəyini göstərir.

Diqqətinizə çatdırırıq ki, süd tərkibli məhsulların xüsusiyyətləri nəzərə alındıqda, hər hansı xarici təsir və ya keyfiyyət pozuntusu baş verdiyi halda məhsulun strukturunda – rəng və konsistensiyada dəyişikliklər müşahidə olunmalıdır. Yayılan videomaterialda isə bu cür əlamətlər qeydə alınmır. Məhsulun üzərindəki son istifadə tarixinin dəyişdirilməsi ilə bağlı səsləndirilən iddiaların isə heç bir əsası yoxdur və bu cür müdaxilə istehsal və təchizat zəncirində həm texniki, həm də normativ tələblər baxımından istisna edilir. Həmçinin bildiririk ki, məhsul açıldıqdan sonra ev şəraitində düzgün saxlanılmadığı hallarda kənar təsirlər nəticəsində bu kimi hallar yarana bilər".

"Baku Kids Company" MMC olaraq qeyd edib ki, təqdim olunan görüntülər və iddialar reallığı əks etdirmir və ictimaiyyətdə əsassız narahatlıq yaratmağa xidmət edir. Şirkət öz işgüzar nüfuzunu qorumaq hüququnu özündə saxlayır və bu istiqamətdə mövcud qanunvericiliyə uyğun olaraq müvafiq məsələlərin hüquqi müstəvidə həlli üçün müraciət edəcək.

***14.04.2026...16:18

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) körpə qidasında çıxan qurdla bağlı yayılan məlumatla bağlı açıqlama verib.

AVESTA.AZ xəbər verir ki, qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb və fakt üzrə araşdırmalara başlanılıb.

Qeyd olunub ki, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

***15:54

Bakının Nərimanov rayonunda yerləşən Kanon aptekdə satılan körpə qidası ilə bağlı narahatedici iddia irəli sürülüb.

AVESTA.AZ-in "qaynar xətt"inə daxil olan müraciətdə bildirilir ki, Heydər Əliyev prospekti 87 ünvanına yaxın ərazidə fəaliyyət göstərən apteklərin birindən alınan körpə qidasında qurd aşkar edilib. Müraciət edən şəxs bununla bağlı video və foto sübutları "qaynar xətt"imizə göndərib.

Şikayətçi vurğulayıb ki, bu cür hal azyaşlıların sağlamlığı üçün ciddi risk yaradır və məsələnin araşdırılması vacibdir.

Paylaş

Xəbər lenti

Bibiheybət yolunda bərpa işləri yekunlaşdırılıb - RƏSMİ Bu gün, 17:48 Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR Bu gün, 17:48 Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin edilib Bu gün, 17:48 Özünü şagirdlərinə sipər edərək həlak olan Ayla müəllim kimdir? - FOTOFAKT Bu gün, 17:48 Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... Bu gün, 17:48 Azərbaycan Avropa çempionatında medal hesabını açdı Bu gün, 17:48 Ailə başçısını itirməyə görə ödəniş üçün arayış tələbi ləğv edildi Bu gün, 17:48 Allahşükür Paşazadə Türkiyədə məktəblərə silahlı hücumlarla əlaqədar başsağlığı verib Bu gün, 17:48 İTV-nin baş direktoru vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün sənəd qəbulu elan ediləcək Bu gün, 16:49 "Leops" və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya Bu gün, 16:48 Aleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir" Bu gün, 16:48 "Çermet" körpüsünün asfalt örtüyündə PROBLEM Bu gün, 16:48 Avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan 25 və 23 yaşlı şəxslər HƏBS OLUNDU Bu gün, 16:48 Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb Bu gün, 16:48 Tramp İranla müharibəni mümkün qədər tez bitirmək istəyir Bu gün, 16:48 Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA Bu gün, 16:48 "Xeyli pul yığırlar, amma..." - Buradan ev alanlar üçün həyat əsl kabusa çevrilib? - Baku TV Bu gün, 16:48 Firuzə İbadova artıq kişi müğənnilərlə duet oxumayacaq Bu gün, 16:48 Ordubadda qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb Bu gün, 16:48 Azərbaycan Ermənistandan nə idxal edib? - RƏSMİ CAVAB Bu gün, 16:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq Bu gün, 15:48 İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO Bu gün, 15:48 Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib" Bu gün, 15:48 Ronaldonun məşqdə halı pisləşdi Bu gün, 15:48 Türkiyəli məşhurların 90 faizi antidepressant dərmanlar qəbul edir Bu gün, 15:48 Həyətdə yıxılan 48 yaşlı kişi öldü Bu gün, 15:48 Hikmət Babaoğluna "Şöhrət" ordeni verilib Bu gün, 15:48 İran ABŞ və İsraildən vəzifəli şəxslərin qətlinə görə məsuliyyət daşımalarını tələb edir Bu gün, 15:48 Bəxtiyar İsmayılova Naxçıvanda yeni vəzifə verildi Bu gün, 15:48 Böyükşor yolunda üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU Bu gün, 14:48 Sahibə Qafarova Matviyenko ilə Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsini müzakirə edib Bu gün, 14:48 İlin I rübündə 200-dən çox şəxsin diplomu tanınmayıb Bu gün, 14:48 Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblər Bu gün, 14:48 Məktəbdə qətliam törədən İsanın atası: "Oğlum tez-tez interaktiv oyunlar oynayırdı" Bu gün, 14:48 Sevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxundu Bu gün, 14:48 İran rəsmisi ABŞ gəmilərini hədəf almaqla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 Məşhur aktrisa: "Ana-ata ola bilməyəcəksinizsə, uşaq dünyaya gətirməyin!" Bu gün, 14:48 Puqaçova aylıq kirayəsi 1,4 milyon olan dəbdəbəli villasından köçmür Bu gün, 14:48 "Qarabağ" – "Sabah" oyununa FIFA referisi Elçin Məsiyev təyinat alıb Bu gün, 13:48 Süni intellekt süd vəzi xərçəngini 5 il əvvəlcədən proqnozlaşdıra bilər Bu gün, 13:48 Tanınmış aktyor özəl məktəblərdəki "elit görüntülü" təhsili qınadı Bu gün, 13:48 Moskvada yenidən qar gözlənilir Bu gün, 13:48 Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2 dəfədən çox artıb Bu gün, 13:48 Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI Bu gün, 13:48 Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək Bu gün, 12:48 İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub Bu gün, 12:48 Məktəbə silahı hücum edən İsanın qəribə görüntüləri yayıldı Bu gün, 12:48 Tramp: İsrail və Livan liderləri 34 il sonra görüşəcək Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR