
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazana bilər.
BAKU.WS xəbər verir ki, bir idmançımız isə bürünc medal uğrunda görüşə çıxacaq.
Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanovla (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevlə (UWW), Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevlə (Macarıstan) üz-üzə gələcək.
Nurəddin Novruz (61 kq) üçüncü yer uğrunda qarşılaşmada Arsen Arutyunyanla (Ermənistan) münasibətlərə aydınlıq gətirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.