
Bakıda sel və leysanlardan zərər görən elektrik şəbəkələri yenilənəcək, 15 milyon manatdan çox vəsait ayrılıb
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, güclü yağışlar və sel nəticəsində Bakı şəhərində və regionlarda zədələnmiş enerji infrastrukturlarının bərpası həyata keçiriləcək.
Sənədə görə, Binəqədi elektrik şəbəkəsində "Dərnəgül" yarımstansiyasından çıxan 10 kV-luq kabel xətlərinin sıradan çıxmış hissələri yenilənəcək. Həmçinin Biləcəri elektrik şəbəkəsinin 89 saylı yarımstansiyasında zədələnən avadanlıqlar dəyişdiriləcək.
Xətai rayonunda 35 kV-luq hava xətti kabel xətləri ilə əvəz ediləcək. Suraxanı və Sabunçu elektrik şəbəkələrində yarımstansiyalarda bərpa işləri aparılacaq. Xəzər rayonunda isə bir neçə transformator məntəqəsinin yenidən qurulması nəzərdə tutulur.
Bütün işlərin icrası üçün "Azərişıq" ASC-yə 15 milyon 8 min 260 manat vəsait ayrılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.