
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Sərbaz rayonunda naməlum silahlı şəxslər Molla Bəşir adı ilə tanınan din xadimi Bəşir Salahzehini güllələyərək öldürüblər.
BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış "Haalvsh" nəşri məlumat yayıb.
Hücum saat 14 radələrində Malek-Abad və Şişkan yaşayış məntəqələri arasındakı yolda baş verib. Bir neçə güllə yarası alan din xadimi hadisə yerində həyatını itirib.
Nəşrin mənbələrinin iddiasına görə, Salahzehi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olub, yerli komandirlərdən biri kimi fəaliyyət göstərib və bu hərbi struktura bağlı mobil bazaya malik olub.
Hücumu törədən şəxslərin kimliyi və qətlin motivləri hələlik məlum deyil. "Haalvsh" hadisənin təfərrüatlarını araşdırmağa davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.