
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün "Laçın Aqro-Sənaye Parkı"nda olublar.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, onlara sənaye parkında istehsal edilən məhsullarla tanış olmaq imkanı yaradılıb.
Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Bu, xarici diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 21-ci səfəridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.