
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üçün bu günədək 177 ölkədən 28 mindən çox şəxs qeydiyyatdan keçib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasında deyib.
S.Nuriyev onların təxminən yarısını xarici nümayəndələr təşkil etdiyini bildirib, bunun WUF13-ə beynəlxalq marağın yüksək göstəricisi olduğunu vurğulayıb.
Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.