
Yevlaxda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, V. Mustafayev idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən 2019-cu il təvəllüdlü piyada Misirxan Murad oğlu Rəsulovu vurub.
Orta məktəbin 1-ci sinif şagirdi olan Misirxan aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.