
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.