
Dekabrın 31-də İspaniya çempionatında XV turun oyunu keçirilib.
"AVESTA.AZ" xəbər verir ki, "Vilyarreal" doğma meydanda "Valensiya"la qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 21-ci dəqiqədə açılıb. Edinson Kavani "Valensiya"nı hesabda önə keçirib. Birinci hissənin sonunda Samuel Çukvueze matçda hesabı bərabərləşdirib. Matçın 88-ci dəqiqəsində Xuan Voyt meydan sahiblərinə qələbə qazandıran qolun müəllifi olub.
“Vilyarreal” İspaniya çempionatında 7-ci, “Valensiya” isə 11-ci pillədə qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.