
"Atletiko" İspaniya çempionatının III turunun matçında "Valensiya"ya 1:0 hesabı ilə qalib gəlib.
"Report"un məlumatına görə, yeganə qolu matçın 66-cı dəqiqəsində Antuan Qrizmann vurub.
Qarşılaşmanın 24-cü dəqiqəsində hakim VAR-ın köməyindən sonra "Valensiya"nın qolunu hesaba almayıb.
Bu görüşdən sonra "Atletiko" 6 xalla turnir cədvəlində altıncı, "Valensiya" isə 3 xalla 14-cü pillədə qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.