15-05-2026, 22:48 469

Bakı dünya şəhərsalmasının paytaxtına çevrilir: WUF13 ən böyük sərgi ilə başlayacaq

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) öz tarixinin ən böyük şəhərsalma sərgisinə ev sahibliyi edərək, Bakı Olimpiya Stadionunu innovasiya, əməkdaşlıq və dayanıqlı urbanistik həllərin nümayiş olunduğu qlobal arenaya çevirəcək.

BAKU.WS xəbər verir ki, 3.5 hektar ərazini əhatə edən "Urban Expo" sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirməklə yanaşı, hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma funksiyasını yerinə yetirəcək.

"Urban Expo" iştirakçıları qlobal mənzil böhranı üzrə praktiki həll yolları ilə tanış edən immersiv sərgidir. Sözügedən sərgidə mənzil təminatı, iqlimədavamlılıq, rəqəmsal innovasiya, müyəssərlik və inklüziv şəhərsalma sahələri üzrə böyük milli pavilyonlardan icma əsaslı təşəbbüslər və startap innovasiyalarına qədər müxtəlif yanaşmalar nümayiş olunacaq.

Bu il keçiriləcək "Urban Expo" sərgisi vətəndaş cəmiyyətini təmsil edən təşkilatların sosial inklüzivlik və müyəssərliyə həsr olunmuş xüsusi qruplar və müştərək pavilyonlar şəklində rekord səviyyəli iştirakı ilə yadda qalacaq. Həmçinin, yeni yaradılmış "Biznes və innovasiyalar mərkəzi" adlı platformada təmsil olunan 45 şirkət və 14 startap layihəsi də daxil olmaqla, sərgi proqramında özəl sektorun nəzərəçarpacaq dərəcədə geniş iştirakı gözlənilir.

"Urban Expo" sərgisinin mərkəzi elementi isə şəbəkələşmə, qeyri-rəsmi müzakirələr və qarşılıqlı ünsiyyət üçün nəzərdə tutulmuş 2.5 hektarlıq açıq hava məkanı - WUF13 Bulvarıdır. Burada iştirakçılar "Şəhər kitabxanası" və "Şəhər kinoteatrı", eləcə də "WUF Akademiyası" kimi müxtəlif sərgi və proqram məkanları ilə tanış ola biləcəklər.

"Urban Expo" sərgisi bazar günü 17 may tarixindən etibarən iştirakçılar üçün açıq olacaq. Rəsmi açılış isə bazar ertəsi 18 may tarixində, saat 10:00-da "Urban Expo" məkanında keçiriləcək. Açılış zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın iştirakı ilə lentkəsmə mərasimi baş tutacaq.

WUF13 "Urban Expo" sərgisi yerli təşəbbüs qruplarından tutmuş milli hökumətlərə, eləcə də tədqiqatçılardan başlayaraq startap nümayəndələrinə qədər şəhərlərin gələcəyini formalaşdıran müxtəlif tərəfləri bir araya gətirir.

Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük sərgisi olan "Urban Expo" sərgisi əməkdaşlığın və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də mənzil təminatı və dayanıqlı şəhərsalma sahəsində qlobal müzakirələrin praktiki fəaliyyət, innovasiya və qarşılıqlı təcrübə mübadiləsi ilə əlaqələndirilməsinə xidmət edir.

"Urban Expo" sərgisi ilə bağlı ətraflı məlumatı Urban Expo səhifəsindən əldə etmək mümkündür.

Paylaş

Xəbər lenti

Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR