
İçərişəhərdə yeni restoranların açılmasına dəstək verilmir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda əsas diqqət mövcud restoranların xidmət keyfiyyətinin artırılmasına yönəlib: "Biz düşünürük ki, artıq böyük restoranların sayı kifayətdir. Ona görə yeni obyektlərin açılmasını dəstəkləmirik. Bəzi restoranların yalnız turist yönümlü fəaliyyət göstərməsi onların dayanıqlı işləməsinə mane olur. Qoruq İdarəsi restoran və hotellərlə mütəmadi görüşlər keçirərək onların problemlərinin həllinə dəstək göstərməyə çalışır".
O əlavə edib ki, İçərişəhər turist və yaşayış zonalarına bölünüb: "İçərişəhərin cənub hissəsi əsasən turistlər üçün nəzərdə tutulub. Restoranlar və muzeylərin əksəriyyəti həmin zonada yerləşir. Orada yaşayan insanların sayı azdır. Yaşayış zonası əsasən Şirvanşahlar Sarayı ətrafını əhatə edir. Bu yanaşma turist axını ilə sakinlərin rahat yaşayışı arasında balans yaratmağa xidmət edir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.