
Yevlaxda avtomobil məktəblini vurub.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsində - Nizami prospektində baş verib. 1989-cu il təvəllüdlü İslam Süleymanov idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən piyada, 2010-cu il təvəllüdlü Sahib Qarayevi vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, S.Qarayev Yevlax şəhərində orta məktəblərdən birinin 10-cu sinif şagirdidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.