4-06-2026, 09:48 197

Müharibənin acı ironiyası: Evsiz qalan ailələr, ailəsiz qalan evlər

Gecədən xeyli keçməsinə baxmayaraq gözümə yuxu getmirdi. Saat üçdən tez yuxulaya bilmirəm. Müharibənin beşinci ilinə keçməsinə baxmayaraq, hələ də anidən nəyinsə baş verəcəyinə qarşı həssaslıq yaşayıram.

Aprel ayı olmasına baxmayaraq Kiyevdə havalar hələ də isinmək bilmirdi...

Yerimə uzanıb yuxulamaq istəyirdim ki, yenidən hava həyəcanı siqnalı verildi. Bu dəfə siqnal uzun-uzadı verildi. Bu da o deməkdir ki, ballistik raket hücumu təhlükəsi var. Amma buna baxmayaraq iki ildir ki, Kiyevdə olan zaman həyəcan siqnalları zamanı sığınacağa düşmürəm. Daha doğrusu yorulmuşam bunlardan. İndi də düşmədim. Hamama keçib, telefonda "Telegram" kanallarını izləyərək zərbələrin, həyəcan siqnallarının bitməsini gözləyirdim.

Hava zərbələri zamanı çoxmənzilli binalarda yaşayanlar üçün daha təhlükəsiz yer hamam, daha dəqiqi hamamda vanna olur.

Partlayışlar və həyəcan siqnalı saat 4-ə kimi davam etdi. İki üç iri, daha sonra ardıcıl dron zərbələrinin və onları "ovlayan" Ukrayna hava hücumundan müdafiəçilərinin pulemyotlarının səsi eşidilirdi.

İri zərbələrdən biri yaxınlıqda eşidildi. Sonra tam sakitlik çöksə də, həyəcan siqnalı, daha doğrusu havadan təhlükə xəbərdarlığı bitməmişdi. Araya çökən sakitlikdən elə oturduğum hamam vannasında yuxuya getmişəm.

Qəfildən diksinib ayıldım. Telefonda tez saata baxdım ki, iki saatdan çoxdur vannada yatmışam.

Keçib eyvandan boylandım. Səhər açılmış, həyat axarına qayıtmışdı. Amma ardıcıl təcili yardım və yanğınsöndürən maşınların səsi kəsilmirdi. "Gecə yəqin pis vurublar, hər yer dağılıb, yanır..." - düşüncəsi ilə redaksiya ilə danışıb, vurulan yerlərdən birinə yollandım. Kiyev şəhər hərbi administrasiyasından ünvanı öyrənəndə, mənim cəmi iki kilometrliyimdə olduğunu öyrəndim. Geyinib elə piyadaca yola düşdüm.

Bütöv küçə darmadağın olmuşdu. Ballistik raketdən başqa, dronlar da ərazini hədəf almışdı. Yolun əks tərəfindən dördulduzlu hotel, çoxmənzilli binalar sözün əsl mənasında xarabalığa çevrilmişdi. Həyətlərdəki ağaclar belə qırılıb tökülmüşdü.

Kiyev sanki meşənin içində salınmış şəhəri xatırlatdığı üçün, hər küçə və hər həyət sıx ağaclardan ibarətdir. Ona görə zərbələr evlər, obyektlər ilə yanaşı ağacları da qırıb tökür...

"Ana, xahiş edirəm özünü ələ al. Heç nə səndən əziz deyil... ana xahiş edirəm bəsdir... Daha özünü ələ al..." - deyə, az qala ağlayacaqmış formada yanındakı 40-45 yaşlı qadına dayanmadan yalvaran 15-16 yaşlı oğlanın səsi imkan vermirdi çəkiliş edim.

Növbəti, dağılmış mənzillərdən birinin sahibi ilə, müsahibəmi bitirib, onlara daha da yaxınlaşdım. Başlarına gələnləri kamera qarşısında danışmalarını xahiş etsəm də, oğlu üzünü çevirib kənara çəkildi. Qadın isə danışacaq halda olmadığını deyib, üzr istədi. Amma bacardığı qədər hıçqırıqlı səslə anlatdıqlarından belə məlum oldu ki, dağılmış binanın ikinci mərtəbəsində yaşayırmışlar. Dron onların binasına, birbaşa elə onların mənzilinə tuş gəlib. Həmin vaxt xoşbəxtlikdən evdə yox, sığınacaqda olublar. Səhər saatlarında sığınacaqdan çıxarkən də, yaxınlığa düşən dronun parçaları onun üzünü zədələmişdi. Mənzil tamamilə dağılıb. Bu azmış kimi həyətdə saxladığı avtomobilinin də üstünə raket parçası düşüb... Əlindəki mənzil və avtomobil açarlarını irəli uzadaraq güclə xırıldadı:

Müharibənin acı ironiyası: Evsiz qalan ailələr, ailəsiz qalan evlər

- İndi olan-qalanım ancaq bu açarlardır...

Bir gecənin içində yalnız özləri sağ qala bilmişdilər. Hər şeyləri məhv olan bu qadın o qədər şokda idi ki, təcili tibbi yardım həkimlərini belə eşidə bilmirdi..

Hadisənin təsirindən əl-ayağım soyudu. Qırağa çəkilib, bir az oturub özümə gəlib, çəkilişə davam etdim. Ətraf dağılmış evlərə girməyə cəhd edən xilasedicilər, təcili yardımlar, evləri dağılmış sakinlərə qurulan çadırlarla dolu idi. İki-üç dağılmış binada çəkiliş edib, təxminən bir saat sonra geri qayıtdım. Gördüm ki çox sayda insan toplaşıb, izdiham var və bu an kimsə iki üç avtomobil korteji ilə oradan uzaqlaşdı.

Yaxınlaşıb dağılmış binanın girişinin dağıntılardan təmizləndiyini görüb içəri girdim. Bütün mərtəbələr dağılmış mənzillərdən ibarət idi. Birinin qapısında polisləri görüb, içəri girib çəkmək istədim. İçəri buraxdılar, mənzil alt-üst olmuşdu.

Müharibənin acı ironiyası: Evsiz qalan ailələr, ailəsiz qalan evlər

Xilasedicilərin, təcili yardım psixoloqlarının və polislərin əhatəsində təxminən 60 yaşlı bir kişi həzin ağlayırdı. Əlində rəngli bir yaylığı gah sıxır, gah da buraxırdı. Keçib mənzilin digər dağılmış otaqlarında çəkilişlər etməyə başladım. Bir az sonra həmən kişi arxamca gəldi. Kövrək halda keçib yerdən qızlarının fotosunu götürüb şkafın üstdə qoydu. Danışmasını xahiş etdim, müsahibə verəcək halda olmadığını dedi. Amma kamerasız söhbətə tutdum.

Müharibənin acı ironiyası: Evsiz qalan ailələr, ailəsiz qalan evlər

Adı Stepandır. İki qızı varmış. Özü isə burada arvadı ilə yaşayıb. Dünən axşam qızları onlara qonaq gəlib. Kiyevin başqa yerində valideynlərindən ayrı kirayə qalırlarmış Stepan deyir, bu yaşadıqları mənzil də onun deyil. Dostu verib yaşamaq üçün, müvəqqəti olaraq. Bu mənzil də dağılıb. Ən dəhşətlisi isə, zərbə zamanı hava həyəcan siqnallarına əhəmiyyət verməyən qızları və arvadı zərbələr zamanı həlak olublar... Dəhşətli idi...

Müharibənin acı ironiyası: Evsiz qalan ailələr, ailəsiz qalan evlər

Amma bu səhər maraqlı bir hadisə də baş verib. Hadisə yerindən canlı bağlantı edən Ukrayna yerli televiziyalarından biri onu buradan efirə çıxarıb və vəziyyəti danışıb. Bunu görən Kiyevdəki oliqarxlardan biri elə o an durub buraya gəlib. Stepana sahibi olduğu yaşayış kompleksindən bir mənzil hədiyyə edib. Bu binanın bərpa olunacağı təqdirdə isə, yaşadığı mənzilin haqqını ödəyib ona bağışlanmasını təmin edəcəyini söz verib. Bayaqkı kortejlə gedən də o imiş...

Stepanın özü demişkən, bir gün əvvəl arvadı və qızları vardı, evi yox idi. Bu gün isə ailəsi məhv olub. Amma artıq iki mənzili var...

İşimi bitirib, oradan uzaqlaşmağa çalışdım. Alovlu hava zərbələri ilə dolu olan gecənin ardınca Kiyev səmasında həzin bir günəş var idi. Yorğun da olsam, evə doğru yol aldım. Beynimdə bayaqkı, hər şeyini itirən qadınla o Stepan canlanırdı...

"Taleyin bizi harada, nə ilə mükafatlandıracağını, nə ilə cəzalandıracağını bilmirik" - deyə, düşünə-düşünə evə çatdım...

Mübariz Aslanov

Paylaş

Xəbər lenti

Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR