
Sumqayıtda 18 yaşlı qızın bıçaqladığı oğlanın vəziyyəti məlum olub.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, iyunun 21-də saat 13:10-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2006-cı il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Qarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
*** 10:07
Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 18 yaşlı G.Ə aralarında yaranmış münaqişə zəminində 20 yaşlı Q.B-ya bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Ə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.