
Bakının Yasamal rayonunda baş verən partlayışda ölən gənc qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Zəhra İsrafilova imtahandan 500-dən yuxarı bal toplayıbmış.
Məlumata görə, qız yaxın günlərdə ixtisas seçimi edəcəkmiş.
Qeyd edək ki, iyunun 4-də səhər saatlarında Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində ikimərtəbəli evdə partlayış baş verib.
Hadisə nəticəsində 2010-cu il təvəllüdlü Zəhra İsrafilova dünyasını dəyişib, üç nəfər ailə üzvü isə dağıntılar altından sağ çıxarılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.