7-07-2026, 22:48 178

Ronaldonun göz yaşları dünya mediasında: Tənqid, yoxsa vida?

Portuqaliya millisinin DÇ-2026 ilə vidalaşmasından sonra dünya mətbuatı əsas diqqəti Kriştiano Ronaldonun karyerasının növbəti mərhələsinə yönəldib.

BAKU.WS-in məlumatına görə, xarici nəşrlərin əksəriyyəti 41 yaşlı futbolçunu sərt tənqid etməkdənsə, onun milli komandadakı gələcəyini və Portuqaliya yığmasının perspektivlərini müzakirə edir.

Ronaldo turnirdən sonra verdiyi açıqlamada dünya çempionatındakı çıxışını başa vurduğunu, lakin milli komandadakı karyerasını bitirib-bitirməyəcəyi barədə hələ qərar vermədiyini bildirib. O, ailəsi ilə vaxt keçirdikdən sonra gələcəyi barədə düşünəcəyini deyib.

Portuqaliyanın "A Bola" nəşri Ronaldonun göz yaşlarını komandanın uğursuzluğunun simvolu kimi qiymətləndirərək onun dünya çempionatları tarixində silinməz iz buraxdığını vurğulayıb. Nəşr kapitanın emosional vida anlarını Portuqaliya futbolunun yadda qalan səhifələrindən biri kimi dəyərləndirib.

"Tribuna Expresso" isə komandanın turnirdə gözləntiləri doğrultmadığını yazaraq, Portuqaliya futbolunun bu uğursuzluqdan nəticə çıxarmalı olduğunu qeyd edib. Məqalədə Ronaldonun yaş amili və komandanın gələcək yenilənmə prosesi də müzakirə olunur.

Ronaldonun göz yaşları dünya mediasında: Tənqid, yoxsa vida?

"SOL" qəzeti uğursuzluğun əsas səbəblərindən biri kimi baş məşqçi Roberto Martinesin taktiki seçimlərini göstərib. Nəşrin fikrincə, mövcud oyunçu nəsli daha böyük uğurlar qazanmaq potensialına malik olsa da, bu imkan tam reallaşdırılmayıb.

Britaniyanın BBC-si isə daha sərt mövqe nümayiş etdirib. Keçmiş futbolçu Kris Satton Ronaldonun turnirdə komandasına gözlənilən töhfəni vermədiyini bildirib və baş məşqçinin futbolçuya həddindən artıq üstünlük tanıdığını iddia edib.

İspaniyanın "Marca" qəzeti Ronaldonun dünya çempionatındakı son oyununu emosional vida kimi xarakterizə edib. Nəşr yazır ki, dünya çempionu ola bilməsə də, Ronaldonun futbol tarixində qazandığı nailiyyətlər onun irsini dəyişmir və o, rekordları ilə yadda qalacaq.

Ronaldonun göz yaşları dünya mediasında: Tənqid, yoxsa vida?

İtaliyanın "La Gazzetta dello Sport" nəşri isə Ronaldonun milli komandada qalmasının hələ də mümkün olduğunu qeyd edib. Məqalədə Portuqaliyada bir çoxlarının onun ən azı AVRO-2028-in seçmə mərhələsinə qədər yığmada çıxışını davam etdirəcəyinə inandığı vurğulanır.

Qeyd edək ki, dünya mediasında formalaşan ümumi fikir ondan ibarətdir ki, Portuqaliyanın mundialla erkən vidası ciddi müzakirələr doğursa da, diqqət əsasən Ronaldonun karyerasının sonuna deyil, onun bundan sonra hansı qərarı verəcəyinə yönəlib.

Paylaş

Xəbər lenti

Neftimizin qiyməti 107 dolları keçib Bu gün, 10:48 Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var Bu gün, 10:48 Xalq artisti Habil Əliyevin vəfatından 11 il ötür Bu gün, 10:48 Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİR - SƏBƏB açıqlandı Bu gün, 10:48 Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA Bu gün, 10:48 Bu kolleclərə direktor müavini təyin edildi Bu gün, 10:48 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər" Bu gün, 10:48 Küləkli havada 4 nəfər xəsarət alıb Bu gün, 10:48 Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı Bu gün, 10:48 "Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir Bu gün, 10:48 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər Bu gün, 09:48 Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb Bu gün, 09:48 Yağış Bakı yollarını iflic etdi: Küçələr keçilməz hala düşdü Bu gün, 09:48 Bu gün Bakıda bu rayonlarda QAZ OLMAYACAQ Bu gün, 09:48 Mehriban Xanlarova: "Deyirlər, TikTok-da oturub pul yığır" Bu gün, 09:48 Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb Bu gün, 09:48 Bakıda qızını bıçaqlayan 69 yaşlı qadına şərti cəza verildi Bu gün, 09:48 Azərbaycanın tanınmış rejissoru VƏFAT ETDİ Bu gün, 08:48 Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib Bu gün, 08:48 Aktyor Oqtay Mehdiyev: "Öldürmək istəsələr də, alınmadı" Bu gün, 08:48 Məktəblərin açılmasına bir həftə qalıb, yol isə bərbad vəziyyətdədir Bu gün, 08:48 Güclü külək Lənkəranda da bir sıra fəsadlar törədib Bu gün, 08:48 Nazir Abid Şərifovun qardaşı oğlunu işdən çıxardı Bu gün, 08:48 Dünyanın aparıcı hərbi şirkətləri Bakıya gəlir Bu gün, 00:48 Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir Dünən, 23:48 Ələt-Astara magistral yolunda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb Dünən, 23:48 Gürcüstan və Koreya Orta Dəhlizin rolunu müzakirə edib Dünən, 23:48 İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir Dünən, 23:48 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb Dünən, 23:48 Şamaxı sakinlərinin kanalizasiya problemi: "Evdə oturmaq olmur" Dünən, 22:48 Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib Dünən, 22:48 ABŞ-nin sərhədləri genişlənir? - Trampın paylaşdığı xəritə diqqət çəkdi Dünən, 22:48 Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır Dünən, 22:48 ABŞ Kubaya 178 milyard dollar zərər vurub Dünən, 22:48 Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın olub Dünən, 22:48 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - STATİSTİKA Dünən, 21:48 BMT: Süni intellekt insanlıq üçün təhlükə yarada bilər Dünən, 21:48 Yağış və külək Bakıda problemlər yaradıb Dünən, 21:48 Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar Dünən, 21:48 Binəqədi rayonu ərazisində YANĞIN Dünən, 20:48 90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF Dünən, 20:48 Paytaxtda mənzil almaq adı ilə dələduzluq edən şəxs saxlanıldı Dünən, 20:48 Şahin Mustafayev Özbəkistanla iqtisadi əməkdaşlığın əsas göstəricilərini açıqlayıb Dünən, 20:48 Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb Dünən, 19:48 İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq Dünən, 19:48 Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb Dünən, 19:48 Qaydalar dəyişdi: Kimlər daha çox pul ala biləcək? Dünən, 19:48 Quraqlıq, daşqın, dözülməz isti: Azərbaycanı hansı təhlükələr gözləyir? Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR