
ABŞ və İran münaqişənin tam dayandırılması ilə bağlı danışıqlarda mümkün irəliləyişə yaxınlaşır.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, İran əsas vasitəçi olan Qətərin təqdim etdiyi nüvə fəaliyyəti ilə bağlı təklifləri nəzərdən keçirir. Bu məsələ üzrə mümkün güzəştlər, iyunda əldə olunmuş müvəqqəti sülh razılaşmasının pozulmasından sonra dalana dirənmiş danışıqlarda irəliyə doğru əhəmiyyətli addım ola bilər.
Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp gərginliyin azaldılması istiqamətindəki səyləri müzakirə etmək üçün Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.
Agentliyin məlumatına görə, bu, ABŞ liderinin müharibəni başa çatdırmaq niyyətində olduğunu göstərir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə və bunun yaratdığı yanacaq böhranı noyabrın 3-də keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin əsas səbəbi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.