
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, kibertəhlükəsizlik üzrə əməkdaşlıq müzakirə olunub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində hər iki ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mövcud vəziyyət, müasir çağırışlar və təhdidlər, kritik informasiya infrastrukturunun mühafizəsi, kiberinsidentlərə qarşı mübarizə, təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və birgə təlimlərin təşkili istiqamətində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin hər iki ölkənin müdafiə potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.