13-07-2026, 17:49 209

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müəssisələrin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) öhdəliyi üçün hədlər olacaq.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin (təsərrüfatların) layihələndirilməsi zamanı aşağıdakı həddlər müəyyənləşib:

- Heyvandarlıq müəssisələri - yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün heyvanlar daxil olmaqla 5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzlu heyvana, digər dırnaqlı heyvanların (at, dəvə, donuz və s.) hər 1 başı isə 1 baş iribuynuzlu heyvana ekvivalent hesab olunmaqla, layihə üzrə heyvan saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox olduqda;

- Quşçuluq müəssisələri - yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün quşlar daxil olmaqla (inkubasiya mərhələsində olanlar istisna edilməklə) 1 baş dəvəquşu 25 baş toyuğa, 1 baş hindquşu və ya qaz 5 baş toyuğa, 8 baş bildirçin 1 baş toyuğa, digər quş növlərinin hər 1 başı isə 1 baş toyuğa ekvivalent hesab olunmaqla, layihə üzrə quş saxlama tutumu 40 000 baş toyuq ekvivalentinə bərabər və ya ondan çox olduqda;

- Balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları - illik əldə olunan balıq məhsullarının, habelə balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda;

- Aqroparklar - nəzərdə tutulan fəaliyyət növlərinin hər biri üzrə və həmin fəaliyyət növləri üçün müəyyən edilmiş hədlərə bərabər və ya ondan çox olduqda.

Siyahının qüvvədə olan redaksiyasında energetika, nəqliyyat, meliorasiya və digər sahələr üzrə ƏMTQ tələbi konkret kəmiyyət meyarları ilə (300 MVt güc, 20 km uzunluq, 1000 ha sahə və s.) müəyyən edildiyi halda, aqrar sektor üzrə 27-ci və 34-cü maddələrdə "ixtisaslaşmış" və "irimiqyaslı" kimi kəmiyyət göstəricisinə bağlı olmayan terminlərdən istifadə olunur.

Nəticədə kiçik fermer təsərrüfatları iri sənaye tipli komplekslərlə eyni hüquqi rejimə düşür: fəaliyyət miqyasından asılı olmayaraq ƏMTQ sənədinin hazırlanması xərc və bir ilədək vaxt tələb edir ki, bu da kiçik və orta sahibkarlıq üçün ciddi inzibati və maliyyə yükü yaradır, sahənin investisiya cəlbediciliyini azaldır.

Layihədə tətbiq olunan yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Heyvandarlıq üzrə hədlər beynəlxalq səviyyədə qəbul edilmiş "Şərti Heyvan Vahidi" (Livestock Unit) metodologiyasına uyğun müəyyən edilmişdir; bu metodologiya FAO-nun və Dünya Bankının ekoloji qiymətləndirmə sənədlərində tövsiyə olunur.

Quşçuluq üzrə 40 000 baş həddi Avropa İttifaqının Sənaye Emissiyaları Direktivində (2010/75/EU, Annex I) intensiv quşçuluq üçün müəyyən edilmiş limitə tam uyğundur. Balıqçılıq və akvakultura üzrə miqyasdan asılı diferensial yanaşma Aİ-nin ƏMTQ Direktivinin (2011/92/EU), habelə Türkiyə (illik 1000 ton həddi), Norveç və Danimarka təcrübəsinin analoqudur.

Bildirilir ki, dəyişikliklərin qəbulu nəticəsində aqrar sahədə ƏMTQ-nin tətbiqi üzrə hüquqi müəyyənlik təmin ediləcək, subyektiv qiymətləndirmə aradan qalxacaq və inzibati orqanların qərarları proqnozlaşdırıla bilən olacaq.

Kiçik və orta təsərrüfatlar əsassız inzibati və maliyyə yükündən azad ediləcək, dövlətin nəzarət resursları real ekoloji risk yaradan iri istehsal komplekslərinə yönəldiləcəkdir. Balıqçılıq sahəsində isə çevik nəzarət mexanizminin tətbiqi ekoloji, iqtisadi və ərzaq təhlükəsizliyi maraqlarının qorunmasını, bazarda sağlam rəqabət mühitinin formalaşmasını və beynəlxalq standartlara uyğun istehsalın təşviqini təmin edəcəkdir. Bütövlükdə layihə sahibkarlıq fəaliyyətinə dövlət müdaxiləsinin minimallaşdırılması prinsipi ilə strateji əhəmiyyətli sahələrdə effektiv nəzarətin təmin edilməsi arasında optimal hüquqi balans yaradır.

Paylaş

Xəbər lenti

Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi Bu gün, 17:49 Bakıda vəzifəli şəxs işdən azad edildi Bu gün, 17:49 Azərbaycan Məkkə Konvensiyasına qoşulub Bu gün, 17:48 Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi? Bu gün, 17:48 Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq Bu gün, 17:48 Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib Bu gün, 17:48 Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi" Bu gün, 17:48 İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib" Bu gün, 16:48 İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür Bu gün, 16:48 İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb Bu gün, 16:48 "Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi Bu gün, 16:48 AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək Bu gün, 16:48 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman Bu gün, 16:48 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb Bu gün, 16:48 Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək Bu gün, 15:48 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu Bu gün, 15:48 Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək Bu gün, 15:48 Ramiz Mehdiyev AMEA-dan tam uzaqlaşdırıldı Bu gün, 15:48 Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB Bu gün, 15:48 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı Bu gün, 15:48 Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi" Bu gün, 15:48 Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir? Bu gün, 15:48 Xuraman Əlizadəyə ağır itki üz verdi Bu gün, 14:49 Ramin Məmmədov: Dini dözümlülük dövlət siyasətinin əsas istiqamətlərindəndir Bu gün, 14:49 Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb Bu gün, 14:49 Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb Bu gün, 14:49 Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib Bu gün, 14:49 Allahşükür Paşazadə: "Dindarlar hər zaman dövlətimizin yanındadırlar" Bu gün, 14:49 Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi Bu gün, 14:48 Azərbaycanın məzhəblərarası anlaşma modeli beynəlxalq müstəvidə örnək qəbul olunur Bu gün, 14:48 Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar Bu gün, 14:48 32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi Bu gün, 14:48 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası Bu gün, 14:48 Nazir müavini: "Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək" Bu gün, 13:49 Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək Bu gün, 13:49 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub Bu gün, 13:49 Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb Bu gün, 13:49 Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb Bu gün, 13:48 Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub" Bu gün, 13:48 Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb Bu gün, 13:48 Azərbaycan Bolqarıstana neft satışını 4,5 dəfə artırıb Bu gün, 13:48 Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama Bu gün, 12:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı Bu gün, 12:48 Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər Bu gün, 12:48 TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb Bu gün, 12:48 Azərbaycanda "JEK" sistemi tarixə qovuşur? - Yeni idarəetmə modeli təklif olunur Bu gün, 12:48 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir Bu gün, 12:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR