21-07-2026, 13:48 56

Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

Şirkət "FIRST"ə üzv qəbul edilən ilk Azərbaycan korporativ təşkilatı oldu

"Azercell Telekom" MMC dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatlarından biri olan "FIRST"ə (Forum of Incident Response and Security Teams) rəsmi üzv qəbul edilib.

Bununla da Azercell, "FIRST"ün qlobal şəbəkəsinə daxil olan ilk və yeganə Azərbaycan korporativ üzvü olmaqla yanaşı, ölkənin telekommunikasiya sahəsində rəsmi qeydiyyata alınmış ilk sektoral "Telecom CERT" komandası statusunu qazanıb.

"FIRST"ə üzvlük kibertəhlükəsizlik üzrə idarəetmə sistemi, insidentlərə operativ cavab imkanları və beynəlxalq əməkdaşlıq potensialını əhatə edən ciddi qiymətləndirmə prosesindən sonra təqdim olunur. Google, Microsoft, Amazon və Cisco kimi aparıcı texnologiya şirkətlərinin də təmsil olunduğu təşkilat hazırda 118 ölkədən 874 kibertəhlükəsizlik insidentlərinə cavab verən komandaları bir araya gətirir. Azərbaycandan "FIRST"ün üzvləri sırasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Milli Kibertəhlükəsizlik Agentliyi və Azərbaycan Mərkəzi Bankının komandaları da yer alır.

Azercell-in "FIRST"ə üzv qəbul edilməsi şirkətin kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və qlobal kibertəhlükəsizlik ictimaiyyətinin etibarlı tərəfdaşı kimi tanındığını təsdiqləyir.

Bu nailiyyət Azercell-in kibertəhlükəsizlik sahəsində uzunmüddətli və sistemli fəaliyyətinin nəticəsidir. Şirkət fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun olaraq inkişaf etdirir, texnoloji imkanlarını davamlı şəkildə gücləndirir.

Bu çərçivədə Azercell daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirərək insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin operativ qiymətləndirilməsi imkanlarını təkmilləşdirib. Gücləndirilmiş real vaxt monitorinq mexanizmləri isə potensial kibertəhlükələrin daha erkən aşkarlanmasına və onlara çevik reaksiya verilməsinə şərait yaradıb.

Azercell kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən Azərbaycanın ilk telekommunikasiya şirkətidir.

"FIRST"ə üzvlük Azercell-ə real vaxt rejimində qlobal kibertəhlükələr barədə məlumat mübadiləsinə qoşulmaq, yeni yaranan təhdidlər haqqında erkən xəbərdarlıqlar almaq, qabaqcıl beynəlxalq təcrübədən yararlanmaq və dünyanın aparıcı kibertəhlükəsizlik komandaları ilə birbaşa əməkdaşlıq etmək imkanı yaradır. Bu isə kibertəhdidlərin qarşısının alınması və insidentlərə operativ cavab imkanlarını daha da gücləndirməklə yanaşı, şirkətin şəbəkəsinin və rəqəmsal xidmətlərinin dayanıqlığını artıracaq, eyni zamanda ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verəcək.

Şirkət kibertəhlükəsizlik sahəsinə investisiyalarını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək ölkənin rəqəmsal infrastrukturunun təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək.

Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

Paylaş

Xəbər lenti

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? - Deputatdan yeni açıqlama Bu gün, 19:48 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi Bu gün, 19:48 Alyona Əliyeva "Qağayı" tamaşasından paylaşım edib Bu gün, 19:48 Kristian Pulişiç "Milan"la müqaviləsinin müddətini uzadıb Bu gün, 19:48 Bu il daha 826 şəxsə reabilitasiya vasitələri təqdim edilib Bu gün, 18:48 Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib Bu gün, 18:48 Azərbaycanda müflis sığorta şirkətləri üzrə həyata keçirilən ödənişlərin həcmi açıqlanıb Bu gün, 18:48 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir Bu gün, 18:48 Əli Abbasov: "Ramiz Mehdiyevin psixi durumu normal deyil" Bu gün, 18:48 ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib Bu gün, 18:48 EDR vs XDR vs MDR: fərqlər nədir və hansı həlli seçmək lazımdır? Bu gün, 18:48 Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı" Bu gün, 17:49 Tokayev TDT dövlətlərini Azərbaycan-Qazaxıstan fiber-optik xəttinə qoşulmağa dəvət edib Bu gün, 17:48 Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib Bu gün, 17:48 Mərhum musiqiçinin ailəsi üçün 10000 manat yardım toplanıldı, avtomobil hədiyyə edildi Bu gün, 17:48 Süni intellektin texniki infrastrukturuna hücumla çatbotların cavablarını dəyişmək mümkündür Bu gün, 17:48 Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Bu gün, 17:48 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu Bu gün, 17:48 FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir Bu gün, 17:48 Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama Bu gün, 16:48 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib Bu gün, 16:48 Zərdabda iki avtomobil toqquşdu: Yaralıların son durumu Bu gün, 16:48 İspaniyada qatar qəzasında 27-yə yaxın ölkənin vətəndaşı həlak olub Bu gün, 16:48 Bakıda "BakuBus" tüstüləyib Bu gün, 16:48 Dünya çempionatı: Djioyev finalda, Meşvildişvili bürünc medal uğrunda yarışacaq Bu gün, 16:48 Baş nazirdən bəzi qurumlarda çalışan əməkdaşların maaşları ilə bağlı qərar Bu gün, 15:48 Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı Bu gün, 15:48 Sosial yardım almaq istəyənlərin DİQQƏTİNƏ: Bu səbəbdən pul verilməyə bilər Bu gün, 15:48 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib Bu gün, 15:48 Rumıniyada SOCAR brendi altında 100-cü YDM istifadəyə verilib Bu gün, 15:48 Böyük Qayıdış: 78 ailənin Vətən həsrəti sona yetdi - Açarlar təqdim olundu Bu gün, 15:48 Görmə qabilliyyəti olmayan insanlar yenidən görə biləcək - İlon Maskdan inqilabi texnologiya Bu gün, 15:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: "Mama, ak elədilər" Bu gün, 15:48 Rusiya Futbol İttifaqı və FİFA rəhbərliyi Bakıda görüşəcək? Bu gün, 15:48 Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir Bu gün, 14:48 Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir Bu gün, 14:48 Sirkədən zəhərlənən qadın öldü Bu gün, 14:48 İştahanın artması bu problemdən xəbər verirmiş Bu gün, 14:48 Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb Bu gün, 14:48 Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR Bu gün, 14:48 Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 14:48 Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:49 Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib Bu gün, 13:48 Fransada etiraz aksiyalarına görə 70 min polis səfərbər edildi Bu gün, 13:48 "Muhteşem Yüzyıl Kösem"də sevgili idilər - 10 il sonra bir araya gələcəklər Bu gün, 13:48 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var Bu gün, 13:48 "Star Trek" filminin ulduzu 86 yaşında öldü Bu gün, 13:48 Sink çatışmazlığı bağırsaq xəstəliklərinin kəskinləşməsi riskini artıra bilər Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR