
Bakıda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən qadın vəfat edib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Oktyabrın 28-i Gülarə Zeynalova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Tibbi yardıma baxmayaraq o, oktyabrın 29-u vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.