
Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı 120-yə çatıb.
“AVESTA.AZ” xəbər verir ki, məlumatı “Azad İran” yayıb.
Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 60 nəfər yaralanıb, 15 kəndə ziyan dəyib.
“AVESTA.AZ” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Qeyd edək ki, yanvarın 18-də Xoyda 5,4 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.
Qeyd edək ki, 2022-ci il oktyabrın 5-də Xoy şəhərində 5,7 bal gücündə zəlzələ baş vermişdi. Həmin vaxt 390 nəfər yaralanmış, 4000-dən artıq evə ziyan dəymişdi, 100-dək ev isə tamamilə dağlmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.