
Fransada rekord istilər və quraqlıq meşə yanğınları riskini artırıb. Ölkənin 50 vilayətində narıncı xəbərdarlıq elan edilib.
BAKU.WS Meteo-France-yə istinadən xəbər verir ki, bəzi ərazilərdə temperaturun 40 dərəcəyədək yüksələcəyi gözlənilir.
Pas-de-Kale vilayətində başlayan meşə yanğını nəticəsində 180 hektar əraziyə ziyan dəyib, bir ev istifadəyə yararsız vəziyyətə düşüb. İlle-et-Vilen vilayətindəki yanğında isə 200 hektar ərazi yanıb, 96 nəfər təxliyə edilib.
Hazırda 208 yanğınsöndürən ərazidə alovun qarşısının alınması üçün çalışır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.