
İndoneziyanın Flores adası sahillərində baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb.
AVESTA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, xilasetmə xidmətlərinin məlumatına görə, daha 6 nəfər xəsarət alıb, 2 nəfər isə dağıntılar altında qalıb.
Zəlzələdən sonra bölgədə güclü təkanlar və sürüşmələr qeydə alınıb, xilasetmə işləri çətinləşib.
Təxminən 2 min sakin təhlükəsiz ərazilərə təxliyə edilib.
İlkin olaraq sunami xəbərdarlığı verilsə də, daha sonra ləğv olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.