
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əsas vaxt başa çatıb.
AVESTA.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib - 3:2.
Tellur Mütəllimov adını tabloya yazdırıb.
İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.
***22:22
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda dördüncü qol vurulub.
AVESTA.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi yenidən hesabı bərabərləşdirib - 2:2.
***22:09
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.
AVESTA.AZ xəbər verir ki, qonaqlar yenidən hesabda önə keçib - 2:1.
***21:25
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.
AVESTA.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.
***20:57
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.
AVESTA.AZ xəbər verir ki, matçda ilk qolu meydan sahibləri vurub.
10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.
***20:45
Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
AVESTA.AZ xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.
***20:09
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün keçiriləcək "Sabah" - "Hapoel" (Beer-Şeva) qarşılaşmasının start heyətləri açıqlanıb.
AVESTA.AZ xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
"Hapoel": Ofir Marsiano, Pedro Amator, İtay Rotman, Migel Vitor, Qay Mizrahi, Eliel Perets, Lukas Ventura, Niv Yehoşuha, Zahi Ahmad, Ceyvon İst, İqor Zlatanoviç.
Baş məşqçi: Ran Kojux.
"Sabah": Stas Pokatilov, Stiv Solve, Rəhman Daşdəmirov, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Ksander Severina, Coy-Lens Mikels.
Baş məşqçi: Valdas Dambrauskas.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel" matçı saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.