
İsrail hərbçiləri Qəzza zolağında "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini məhv ediblər.
AVESTA.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.
"İMQ Qəzza zolağında "Nuxba" bölüyünün komandiri Fəxri Məzlumu və HƏMAS-ın hərbi qanadının snayperi Həsən Deyrini məhv edib", - məlumatda bildirilib.
Qeyd olunub ki, Deyri və Məzlum HƏMAS yaraqlılarına silahların qanunsuz dövriyyəsində və tədarükündə iştirak ediblər və həmin ərazidəki İsrail hərbçiləri üçün birbaşa təhlükə təşkil edirdilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.