
“Ulu öndər Heydər Əliyev Azərbaycan hüquq islahatlarının banisi kimi” mövzusunda gənc hüquqşünasların simpoziumu keçiriləcək.
“Report” xəbər verir ki, bu, Milli Məclisin Gənclər və idman komitəsinin 2023-cü il üçün iş planına daxil edilib.
İş planında həmçinin, “Heydər Əliyev İli” çərçivəsində idman mütəxəssisləri məşqçilər və idmançılarla görüş, eləcə də 2 Fevral - Gənclər gününə həsr olunan ictimai dinləmələrin keçirilməsi də nəzərdə tutulub. Gənclər günü ilə bağlı keçirilməsi planlaşdırılan ictimai dinləmədə fəal gənclər və gənclər təşkilatları ilə görüşlər olacaq.
Eyni zamanda yaz sessiyası müddətində 5 Mart - Bədən Tərbiyəsi və idman gününə həsr olunan ictimai dinləmənin keçirilməsi iş planına daxil edilib. İctimi dinləmədə fəal idman klubları və federasiyaları ilə görüş keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.