
Avropa İttifaqı (Aİ) və Azərbaycan münasibətlərin yeni mərhələsinə qədəm qoyur.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunziç Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi tərəfindən "LINKS Europe" Fondu ilə birgə təşkil edilmiş dəyirmi masada bildirib.
"Biz münasibətlərimizin yeni mərhələsinə qədəm qoyuruq. Onlar intensivləşib", - o qeyd edib.
M.Kuyunziçin sözlərinə görə, bu il Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar başlayıb: "Danışıqlar sentyabrın sonunda davam edəcək".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.