
Litvada təlim-məşq toplanışında olan "Sabah" basketbol komandası növbəti yoxlama oyununda Böyük Britaniya təmsilçisi "London Lions"la qarşılaşıb.
AVESTA.AZ xəbər verir ki, Kaunas şəhərində baş tutan matç rəqib kollektivin 86:82 hesablı qələbəsi ilə başa çatıb.
"Sabah" ilk yoxlama oyununda Litvanın "Juventus Utena" komandasına uduzub - 84:89. Paytaxt klubu ikinci görüşdə bu ölkənin "Şyaulyay" kollektivinə qalib gəlib - 92:80.
Xatırladaq ki, Azərbaycan təmsilçisi yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.