Bu gün, 14:48 55

BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır

Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, BDYPİ əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı 99-GU-473 dövlət qeydiyyat nişanlı "Shacman" markalı yük avtomobilinin çəki parametrləri elektron tərəzi vasitəsilə yoxlanılıb. Yoxlama nəticəsində icazə verilən maksimum kütləsi 32 ton olan nəqliyyat vasitəsinin faktiki kütləsinin 66 ton təşkil etdiyi müəyyən edilib.

Bu da nəqliyyat vasitəsi üçün müəyyən edilmiş maksimum kütlə həddinin iki dəfədən artıq aşılması deməkdir. Belə hal nəqliyyat vasitəsinin təhlükəsiz istismarına ciddi təsir göstərməklə yanaşı, yol-nəqliyyat hadisəsinin başvermə ehtimalını artırır və yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.

Ümumilikdə, nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi tormoz məsafəsinin uzanmasına, manevr və dayanıqlıq imkanlarının azalmasına, təkərlərə, tormoz və asqı sistemlərinə düşən gərginliyin artmasına gətirib çıxarır. Bu isə idarəetmənin itirilməsi, texniki nasazlıqların yaranması və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Eyni zamanda, normadan artıq yüklənmiş ağırtonnajlı nəqliyyat vasitələrinin istismarı yol örtüyünün, körpülərin və digər yol qurğularının zədələnməsinə, onların istismar müddətinin azalmasına səbəb olur.

BDYPİ yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, eləcə də sürücüləri müəyyən edilmiş çəki normalarına ciddi əməl etməyə və normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin istismarına yol verməməyə çağırır.

Paylaş

Xəbər lenti

Nərdivandan yıxılan 73 yaşlı kişi öldü Bu gün, 14:48 Biləcəridə yolun hərəkəti tam məhdudlaşdırılacaq Bu gün, 14:48 Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək Bu gün, 14:48 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ Bu gün, 14:48 "Gənclik Mall"un qarşısında tıxacın əsl səbəbi Bu gün, 14:48 BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır Bu gün, 14:48 12 yaşlı qızın telefon siqnalı polisə oteli göstərdi: ABŞ hərbçisi saxlanıldı Bu gün, 14:48 Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi Bu gün, 14:48 Renat Dadaşovun yeni klubu məlum oldu Bu gün, 14:48 Bakının bu hissəsində yol hərəkətinin təşkili dəyişir Bu gün, 13:48 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü Bu gün, 13:48 Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq Bu gün, 13:48 Trampın portreti əks olunan 1 dollarlıq sikkə dövriyyəyə buraxılıb Bu gün, 13:48 2027 tarixin ən isti ili ola bilər Bu gün, 13:48 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu Bu gün, 13:48 ABŞ-də keçmiş nazir barədə qalmaqallı hesabat: mühafizəçisi ilə münasibəti araşdırılıb Bu gün, 13:48 Azərbaycanda 12 minə yaxın ailə "Güzəştli mənzil" sistemi ilə ev sahibi olub Bu gün, 12:48 Ukraynada müharibənin bir günü 450 milyon dollara başa gəlir Bu gün, 12:48 SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib Bu gün, 12:48 Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm" Bu gün, 12:48 Aİ səfiri: Avropa İttifaqı və Azərbaycan münasibətləri yeni mərhələyə keçir Bu gün, 12:48 Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillərin növbəti seçimi olub Bu gün, 12:48 MİDA: Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir Bu gün, 12:48 Siqaret qaçaqmalçılığı ilə bağlı beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya ediləcək Bu gün, 12:48 Alimlər yaşlılarda yuxunu yaxşılaşdırmağın sadə yolunu tapıblar Bu gün, 12:48 Şənbə günü 35 dərəcə isti olacaq Bu gün, 12:48 Daha 2 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib Bu gün, 12:48 PAŞA Real Estate Qrup və Marriott International Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı Bu gün, 11:49 "Mançester Yunayted"in "Sabah"la oyun üçün iştirak ərizəsi açıqlanıb Bu gün, 11:49 Windows 11-in yeni funksiyası oyunların sürətini azalda bilər Bu gün, 11:49 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı Bu gün, 11:48 MİDA 3 rayonda mənzillər satışa çıxardı Bu gün, 11:48 Qızıl və gümüşün qiyməti açıqlanıb Bu gün, 11:48 Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi Bu gün, 11:48 Azərbaycanda 12 minə yaxın ailə "Güzəşli mənzil" sistemi ilə ev sahibi olub Bu gün, 11:48 Yolunu qısaltmaq istədi, həyatından oldu - DƏHŞƏTLİ QƏZA Bu gün, 11:48 Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb Bu gün, 10:48 "Azərsun Holdinq"  "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib Bu gün, 10:48 Xırdalanda obyektdə baş verən güclü yanğın söndürüldü Bu gün, 10:48 Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə öldü Bu gün, 10:48 İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb Bu gün, 10:48 Həkim xəbərdarlıq etdi: Xoruldama bu halda təhlükəlidir Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır Bu gün, 10:48 Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb Bu gün, 10:48 ABŞ-də hərbçilərin peyvənddən sonra ölüm halları araşdırılır Bu gün, 10:48 Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var Bu gün, 10:48 Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA Bu gün, 09:48 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR