
Dominikan Respublikasını təmsil edən Coheyerri Mola Dominqes "Miss World - 2026" beynəlxalq gözəllik müsabiqəsinin qalibi seçilib.
BAKU.WS xəbər verir ki, final mərhələsi Vyetnamın məşhur kurort şəhəri Nyaçanqda təşkil olunan müsabiqədə İspaniya və Malayziyanın nümayəndələri də yüksək nəticə göstəriblər.
Belə ki, İspaniya təmsilçisi ikinci, Malayziya nümayəndəsi isə üçüncü pillədə qərarlaşıb.
Congratulations to the new MISS WORLD 2026 Joheirry Mola from Dominican Republic. ????????#Missworld #MissWorld2026 pic.twitter.com/Tu9wQnz3Xs
— Yashael ????❣️???? (@Dainsleif_10) September 5, 2026
73-cü "Miss World" yarışının proqramı çərçivəsində müxtəlif tədbirlər avqustun 29-dan etibarən keçirilib. Dünyanın müxtəlif ölkələrində keçirilən milli gözəllik yarışlarının qaliblərindən ibarət 111 iştirakçı bu tədbirlərdə iştirak etmək üçün Nyaçanqa toplaşıb.
Müsabiqənin final gecəsi şəhərin mərkəzi çimərliyinin yaxınlığında yerləşən böyük açıq tədbir məkanında baş tutub. 20 mindən artıq tamaşaçı qəbul edə bilən arena 110 metrdən uzun və təxminən 40 metr enindədir.
Final üçün hazırlanan səhnə müasir texnologiyalarla təchiz olunub. Burada çoxsəviyyəli LED ekranlardan, peşəkar işıqlandırma və səs sistemlərindən istifadə edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.