
Solomon adaları sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yealtı təkanın episentri 26 min nəfər əhalisi olan Kokopo şəhərindən (Papua-Yeni Qvineya) 158 km şərqdə yerləşib. Zəlzələnin ocağı 114 km dərinlikdə olub.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.