
Türkiyədə sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan barəsində istintaq başladılıb.
AVESTA.AZ xəbər verir ki, Van Baş Prokurorluğunun qərarı ilə Tançalan sosial media paylaşımlarına görə Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi üzrə araşdırmaya cəlb edilib. Onun paylaşımlarında Türkiyə dövlətinin, türk millətinin və dövlət qurumlarının təhqir edildiyi iddia olunur.
Tançalan gecə saatlarında Vanın Muradiye rayonundakı evində keçirilən əməliyyat zamanı saxlanılıb. Onun toyunda taxılan külli miqdarda qızılların mənşəyi ilə bağlı da maliyyə araşdırması başladılıb və məsələ MASAK-a yönləndirilib.
Məlumata görə, Tançalanın daha əvvəl 25 cinayət hadisəsi üzrə qeydiyyatda olduğu müəyyənləşdirilib. Onunla bağlı hüquqi və maliyyə araşdırmaları davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.