
"Azərbaycanda 700-dən 800-ə qədər avtobusun yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, bu yeni nəqliyyat vasitələrinin hər biri ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir".
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, növbəti illərdə bu keçidin tamamilə başa çatdırılması və əvvəlki dövrlərdən qalmış, artıq günün tələblərinə cavab verməyən dizel nəqliyyat vasitələrinin tamamilə dövriyyədən çıxarılması hədəf kimi müəyyən edilib:
"Bu ilin sonuna olan gözləntimiz ondan ibarətdir ki, dövriyyədə təxminən 500 belə avtobus qalacaq. Növbəti ildə isə onların da tamamilə yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.