10-09-2026, 12:48 180

Qadını ütü ilə vuran şəxs:

Qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

AVESTA.AZ Pravda.az-a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

İttihama əsasən, hadisə bu il saat 12 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, Ağasif Məmmədov həyat yoldaşı, zərərçəkmiş Günayə Məmmədova (adı, soyadı şərtidir) ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs arvadının bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr endirib. Daha sonra isə masanın üzərindən ütünü götürərək Günayənin baş nahiyəsinə qəsdən bir dəfə vurub.

Nəticədə zərərçəkmiş şəxsin başının təpə nahiyəsində əzilmiş-cırılmış yara, başın alın və sağ said nahiyələrində qançırlar, eləcə də sol əl nahiyəsində sıyrıq xəsarətləri yaranıb.

Məhkəmədə Ağasif Məmmədov özünü təqsirli bilib və ifadəsində həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Evliliyin ilk illərində münasibətlərinin normal olduğunu deyən təqsirləndirilən şəxs sonradan aralarında problemlərin yarandığını qeyd edib.

O, münasibətlərinin pozulmasının əsas səbəblərindən birinin Günayə Məmmədovanın son vaxtlar ondan gizli şəkildə mobil telefonla danışması olduğunu söyləyib.

Ağasif Məmmədovun dediyinə görə, həmin vaxt qadının mənzilin qonaq otağında telefonla kiminləsə danışdığını görüb: "Günayənin kiminlə danışdığını soruşsam da, cavab ala bilmədim. Həmin vaxt içkili vəziyyətdə idim və buna görə əsəbiləşdim. Telefonla kiminlə danışdığını öyrənmək üçün mobil telefonu istəsəm də, o, vermədi. Bundan sonra aramızda mübahisə yarandı".

Ağasif Məmmədov məhkəmədə etiraf edib ki, mübahisə zamanı həyat yoldaşının sifət və qol nahiyələrinə əlləri ilə zərbələr endirib. Daha sonra masanın üzərində olan ütünü götürərək Günayənin başına bir dəfə vurduğunu deyib: "Bundan sonra evdən çıxaraq getdim".

O, məhkəmədə bildirib ki, hazırda Günayə ilə boşanıblar və artıq birlikdə yaşamırlar.

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını deyib.

Paylaş

Xəbər lenti

Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib Bu gün, 00:48 Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi Bu gün, 00:48 96 yaşlı milyarder 48 ildir su içmirmiş Bu gün, 00:48 Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub Dünən, 23:48 Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub Dünən, 23:48 Şəkidə çaqqal qadına hücum etdi Dünən, 23:48 Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib Dünən, 23:48 Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib Dünən, 23:48 Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib Dünən, 22:48 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı Dünən, 22:48 SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb Dünən, 22:48 Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı Dünən, 22:48 "Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb Dünən, 21:48 Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır" Dünən, 21:48 Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib Dünən, 21:48 Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı Dünən, 21:48 Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək Dünən, 20:48 ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb Dünən, 20:48 Bərdədə 17 yaşlı oğlanın meyiti evdə tapıldı Dünən, 20:48 Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb Dünən, 20:48 Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı Dünən, 19:48 Lənkəranda qeyri-sabit hava şəraiti sitrus meyvə bağlarına ciddi ziyan vurub Dünən, 19:48 Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar Dünən, 19:48 Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb Dünən, 19:48 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib Dünən, 19:48 Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə Dünən, 18:48 Ötən gün itkin düşən 10 nəfər tapılıb Dünən, 18:48 Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb Dünən, 18:48 NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı Dünən, 18:48 Kişi fanatının bu addımı müğənnini şoka saldı Dünən, 18:48 Fəxri idman işçisi vəfat etdi Dünən, 18:48 Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb Dünən, 18:48 Arvadını döydü, hotelə aparıb "TikTok"da canlı yayım açdırdı Dünən, 18:48 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq Dünən, 17:48 David De Xea "Fiorentina"dan ayrıla bilər Dünən, 17:48 Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir Dünən, 17:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"u məğlub edib Dünən, 17:48 Şuşada kişi araq almağa pul verməyən arvadını döydü Dünən, 17:48 Qızılın saxta olub-olmadığını necə yoxlayaq? Dünən, 16:48 Bağlanan banklara borcu olanlara xəbərdarlıq Dünən, 16:48 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir Dünən, 16:48 XİN: Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq Dünən, 16:48 Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb Dünən, 16:48 Bəzi hərbçilər cərimələnəcəklər Dünən, 15:48 Moped və velosiped sürənlərə XƏBƏRDARLIQ Dünən, 15:48 Gəncədə "BakuBus"un avtobusu qəza törətdi Dünən, 15:48 "Yeraltı"nın eşq yaşayan aktyorları ilk dəfə birlikdə görüntüləndilər Dünən, 15:48 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR