
"Yeraltı" serialının aktyorları Devrim Özkan və Deniz Can Aktaş İstanbulun Yeniköy səmtində obyektivlərə tuş gəliblər.
AVESTA.AZ xəbər verir ki, çəkiliş meydançasında münasibətləri başlayan və aralarında eşq yaşadığı iddia edilən ikili gecə saatlarında birlikdə görüntüləniblər.
Jurnalistlərin münasibətləri ilə bağlı sualları ilə qarşılaşan cütlük iddiaları təkzib etməkdən yayınıb.
Sualları cavabsız qoyan ikili daha sonra avtomobillərinə minərək ərazidən uzaqlaşıb.
Onların məsələ ilə bağlı birbaşa açıqlama verməməsi isə şayiələri daha da gücləndirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.