
Məşhur aktrisa Ceyda Ateş əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, aktrisa təxminən iki ildir çiynində başlayan və qısa müddətdə qoluna yayılan şiddətli ağrılara görə çətin günlər keçirirdi.
Çiynində kalsium toplanması və bağ yırtığı aşkar edilən aktrisa, uzun müddət əməliyyatsız sağalmaq üçün mübarizə aparıb.
Lakin tətbiq edilən müalicələrin nəticə verməməsi və qolundakı yırtığın daha da dərinləşməsi səbəbindən əməliyyatı qaçılmaz olub.
Ağrılara tab gətirə bilməyən Ceyda Ateş nəhayət əməliyyat masasına yatıb.
Uğurlu əməliyyatdan sonra xəstəxana çarpayısından fotosunu paylaşan aktrisa qolunun sarğıda olduğunu göstərərək bu sözləri qeyd edib:
"2 il müqavimət göstərdim, amma sonunda çiyin əməliyyatı olunmaq məcburiyyətində qaldım".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.