
2025-ci ildə Azərbaycanda rəsmi nikahı olmayan qadınlar tərəfindən 11 min 626 uşaq dünyaya gətirilib.
AVESTA.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin illik hesabatına əsasən, bu uşaqların 4 999-u şəhər, 7 027-si isə kənd yerlərində doğulub.
Nikahdankənar doğulan uşaqların 8 499-u 15-29 yaş aralığında olan qadınların payına düşüb. Bakı şəhərində isə ötən il belə doğumların sayı 1 258 olub.
Statistikaya görə, son illərdə nikahdankənar doğumların sayında azalma müşahidə edilir. Belə ki, 2024-cü ildə 13 min 228, 2023-cü ildə 15 min 622, 2022-ci ildə isə 18 min 814 nikahdankənar doğum qeydə alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.