
Finlandiyalı sosial media fenomeni Olivia Oras estetik prosedur zamanı anesteziya qəbul etdikdən sonra həyatını itirib.
BAKU.WS xəbər verir ki, 27 yaşlı Oras sentyabrın 3-də Helsinkidəki özəl klinikada prosedurdan əvvəl anesteziya zamanı huşunu itirib.
O, daha sonra Helsinki Universitet Xəstəxanasına aparılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.
Olivia Oras 14 yaşından sosial mediada tanınmağa başlayıb. O, 2016-cı ildə həyatından bəhs edən "The Perfect Selfie" sənədli filmində də iştirak edib.
Oras son illərdə sosial məsuliyyət layihələri ilə məşğul olub və ağciyər xəstəlikləri üzrə araşdırmaları dəstəkləyən qeyri-kommersiya təşkilatı yaradıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.