15-09-2026, 19:48 261

Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA

"Son günlər Qarabağda alban-xristian irsi ilə bağlı müzakirələr yenidən aktivlik qazanıb. Bunun səbəbi isə Ermənistanın yenidən tarixi faktları siyasi manipulyasiya alətinə çevirməsidir".

Bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova BAKU.WS-ə açıqlamasında bildirib.

Politoloqun fikrincə, Qarabağın çoxəsrlik tarixinə mərhələli formada nəzər yetirdiyimiz zaman Qarabağ məliklərindən tutmuş alban hökmdarlarının nəsillərinin davamçıları adlandırılan şəxslərə istinad edilən məktublar və onların məzmunu bir daha sübut edir ki, Qarabağ qədim Azərbaycan diyarıdır.

Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA

"Şübhəsiz ki, bölgədə dəyişən reallıqlar, tarix boyu buraya müxtəlif xalqların gəlməsi regionun tarixinə, xalqların taleyinə də ciddi təsir göstərib. Məsələn, Albaniya ərəblərin gəlişindən sonra "Agvan" formasını alıb. Burada bir sıra tayfaların, həmçinin türksoylu tayfaların mövcudluğu haqqında toponimlər olub. Amma tarixi mənbələrin heç birində həmin bu torpaqların Hayastan adlandırılması ilə bağlı hər hansı izə rast gəlinmir. Yəni, erməni toponimləri bu regionda öz əksini tapmayıb. Toponimlər də tarixi faktları sübut edən ən vacib elementlərdən biridir.

Artsax adına isə ilk dəfə Zərdüştiliyin müqəddəs kitabı olan "Avesta"da rast gəlinir ki, bu da Alban əyalətini göstərir. Erməni tarixçisi İosif Orbelinin özü də araşdırmalarında sübut edir ki, Qarabağda çoxsaylı türk mənşəli sözlər olub.

Bu, elə müasir dövrdə bir tərəfdən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına, digər tərəfdən isə revanşist əhval-ruhiyyəni canlandırmasına bənzəyir".

Siyasi şərhçi əlavə edib ki, bu, Ermənistanın həqiqi simasıdır. Sözdə bir, əməldə başqa addımların atılması, tarixin təhrif olunması, tarixi faktların gələcək nəsillərə yanlış ötürülməsi:

"Qafqaz Albaniyasının 52 hərfdən ibarət əlifbası da çox şey deyir. Həmin əlifbanın özü də Azərbaycan ərazisində, Mingəçevir yaxınlığında tapılıb. Yəni, albanlar nə erməni dilindən, nə də onun əlifbasından istifadə ediblər. Ərəb xilafətinə daxil olduqları zamana qədər öz dil və əlifbalarından istifadə olunub.

VIII əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər tarixi izləri itirmək məqsədilə albanların yazılı mənbələri, bir sıra sənət əsərləri və ədəbi nümunələri ardıcıl və düşünülmüş şəkildə məhv edilib.

Xalqların birgə yaşayışı zamanı albanların özləri də yerli türk tayfaları ilə qaynayıb-qarışıblar. Burada dostluq və ailə münasibətləri də formalaşıb. Onlar müasir Azərbaycan xalqının əcdadları sırasında dayanırlar.

Deməli, azərbaycanlılar alban mədəni irsinin davamçılarıdır və biz bu mədəni irsi qoruyub saxlayırıq. Heç bir halda bu mədəni irsin Ermənistanın yalançı tarixi konsepsiyasının bir komponentinə çevrilməsinə icazə vermirik".

Şəbnəm Həsənova əlavə edib ki, Qafqaz Albaniyası xristianlığı dövlət səviyyəsində qəbul edib:

"Alban kilsəsinin özü də Cənubi Qafqazın ən qədim kilsələrindən biridir. Bu, bizim tarixi reallığımızdır ki, burada dini etiqad baxımından xristian tarixi və xristian keçmişi də var.

XIX əsrə qədər Gəncəsər, Ağoğlan və Xudavəng monastırları Alban patriarxlarının iqamətgahı olub. Tarixin o mərhələsinə dönsək və Alban məbədlərinin necə erməni kilsəsinin yurisdiksiyasına keçdiyini araşdırsaq, o zaman burada sərt inzibati qərarların şahidi oluruq. Yenə də Rusiya çarlarının burada əli görünür. 1815-ci ildə Rusiya çarı I Aleksandrın fərmanı ilə Alban patriarx-katolikosu vəzifəsi ləğv edilir. Sonra isə Gəncəsər patriarxlığını ləğv edirlər.

Deməli, şüurlu şəkildə Qafqaz albanlarını ermənilərin sırasına aid etmək cəhdləri ortaya qoyulur. Əsas məqsəd isə ondan ibarət idi ki, albanların izləri bu tarixi torpaqlardan silinsin.

Məqsəd isə o olur ki, tarixin vərəqlərini çevirərkən, daha öncəki nəsillərə və dini etiqadlara gedib çıxarkən əldə heç bir sənəd və sübut olmasın. Ermənilər Qarabağda Alban dini-mədəni irsini məqsədli şəkildə silirdilər. Tarixi abidələrə saxta məlumatlar həkk edirdilər.

Gəncəsər məbədində kilsənin fasadında və xarici divarlardakı yazıları dəyişdirirdilər. Rəngarəng daş lövhələrin əlavə edilməsi isə işin ayrıca tragikomik hissəsidir.

2023-cü ilin sentyabr ayında buranı tərk etmək məcburiyyətində qalan erməni keşişlər bir çox tarixi qalıqları da özləri ilə aparıblar. Sadə dildə desək tarixi "oğurlayıblar".

Ermənilərin, erməniliyin xüsusiyyəti bundan ibarətdir. Tarixin saxtalaşdırılması, gələcək nəsillərə revanşizmin ötürülməsi, əldə edilən sülh razılaşmalarının sabotaj edilməsi və elə indiki Ermənistan hakimiyyətinin özünün də sözdə bir, əməldə isə fərqli addımlar atması".

Ziya SƏCCAD

Paylaş

Xəbər lenti

Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib Bu gün, 00:48 Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi Bu gün, 00:48 96 yaşlı milyarder 48 ildir su içmirmiş Bu gün, 00:48 Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub Dünən, 23:48 Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub Dünən, 23:48 Şəkidə çaqqal qadına hücum etdi Dünən, 23:48 Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib Dünən, 23:48 Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib Dünən, 23:48 Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib Dünən, 22:48 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı Dünən, 22:48 SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb Dünən, 22:48 Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı Dünən, 22:48 "Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb Dünən, 21:48 Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır" Dünən, 21:48 Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib Dünən, 21:48 Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı Dünən, 21:48 Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək Dünən, 20:48 ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb Dünən, 20:48 Bərdədə 17 yaşlı oğlanın meyiti evdə tapıldı Dünən, 20:48 Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb Dünən, 20:48 Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı Dünən, 19:48 Lənkəranda qeyri-sabit hava şəraiti sitrus meyvə bağlarına ciddi ziyan vurub Dünən, 19:48 Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar Dünən, 19:48 Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb Dünən, 19:48 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib Dünən, 19:48 Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə Dünən, 18:48 Ötən gün itkin düşən 10 nəfər tapılıb Dünən, 18:48 Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb Dünən, 18:48 NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı Dünən, 18:48 Kişi fanatının bu addımı müğənnini şoka saldı Dünən, 18:48 Fəxri idman işçisi vəfat etdi Dünən, 18:48 Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb Dünən, 18:48 Arvadını döydü, hotelə aparıb "TikTok"da canlı yayım açdırdı Dünən, 18:48 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq Dünən, 17:48 David De Xea "Fiorentina"dan ayrıla bilər Dünən, 17:48 Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir Dünən, 17:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"u məğlub edib Dünən, 17:48 Şuşada kişi araq almağa pul verməyən arvadını döydü Dünən, 17:48 Qızılın saxta olub-olmadığını necə yoxlayaq? Dünən, 16:48 Bağlanan banklara borcu olanlara xəbərdarlıq Dünən, 16:48 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir Dünən, 16:48 XİN: Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq Dünən, 16:48 Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb Dünən, 16:48 Bəzi hərbçilər cərimələnəcəklər Dünən, 15:48 Moped və velosiped sürənlərə XƏBƏRDARLIQ Dünən, 15:48 Gəncədə "BakuBus"un avtobusu qəza törətdi Dünən, 15:48 "Yeraltı"nın eşq yaşayan aktyorları ilk dəfə birlikdə görüntüləndilər Dünən, 15:48 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR