
"Mersedes" pilotu Corc Rassell Azərbaycan Qran-prisindəki qələbəsi haqqında fikirlərini bölüşüb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, sürücü bu barədə yarışdan sonra açıqlama verib.
O, Qran-pri ilə bağlı danışıb:
"Hər yarışa qələbə üçün çıxıram. Bu gün məndə hər şey alındı. Son Qran-prilər mənim üçün uğursuz olmuşdu. Amma Bakıda yaxşı nəticə qazandım. Son dövrədə sarı bayraqlar gördüyüm üçün sürətimi bir qədər azaltmışdım".
Qeyd edək ki, "Formula" 1 üzrə Azərbaycan Qran-prisində Corc Rassell bütün rəqiblərini qabaqlayıb. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.