Bu gün, 20:48 63

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda "Səmavi dinlər" layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib.

AVESTA.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Açılış mərasimində çıxış edən Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini mədəniyyətin və yaddaşın sülhün əsas sütunları olduğunu bildirərək deyib: "Sərgi müxtəlif dinlər, xalqlar, mədəniyyətlər, dillər və ənənələr arasında dialoq üçün imkan yaratmaq məqsədi daşıyır. Bu, həm də xalçaçılıq sənətinin köklərinin ölkənin ənənələrinə dərindən bağlı olduğu Azərbaycana bir ehtiramdır. Bu gün burada sərgilənən xalçalar çox bacarıqlı sənətkarlar tərəfindən yaradılmış dəyərli nümunələr olmaqla yanaşı, həm də kimliyin və bəşəriliyin təcəssümüdür".

Rafaella Petrini eksponatların həm də dinlərarası dialoq dəyərinin səfirləri olduğunu diqqətə çatdıraraq, sərginin bu cür danışıqlar üçün konkret imkan yaratmaqla yanaşı, Azərbaycan ilə Vatikan arasındakı əlaqələrin mükəmməl ikitərəfli xarakterinin növbəti təsdiqi olduğunu bildirib.

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov ölkəmizin zəngin mədəni irsində xalçanın həmişə Şərqlə Qərbi birləşdirən amil olduğunu deyərək, ölkəmizin əsrlər boyu tarixi İpək Yolunun mühüm tərkib hissəsi olduğunu, regionun ipək istehsalı və xalçaçılıq üzrə əsas mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

Bu gün təqdim olunan üç xalçanın bəşəri dəyərlərə həsr olunmuş unikal bədii triptix olduğunu deyən səfir qeyd edib: "Səkkizillik iş prosesində hər üç dinin ənənələrinə tam hörmətlə yanaşılmaqla inanc, dialoq və dözümlülük arasında bədii sintezə nail olunub. Ölkəmizdə Azərbaycan xalqının azad ruhu yalnız dözümlülükdə deyil, həm də ibadət evlərinə və müqəddəs irsə həqiqi hörmətdə özünü göstərir. Bu ruh Azərbaycanda bütün dünyada nümayiş etdirilən dinclik şəraitində birgəyaşayışın özünəməxsus nümunəsini formalaşdırıb. Bu mənada, bu gün təqdim olunan xalçalar son dərəcə dəyərli sənət əsərləridir".

Vatikan Muzeylərinin direktoru xanım Barbara Yatta Romanın həmişə gözəlliyi və ideyaları bölüşmək üçün körpülər saldığını qeyd edərək deyib: "Bu möhtəşəm xalçalar Vatikan Muzeylərinin ən mötəbər bölmələrindən birində - Anima Mundi Muzeyində nümayiş olunur. Bildiyiniz kimi, "Anima Mundi" "dünyanın ruhu" deməkdir və biz son 10 ildə muzeyin bu hissəsini belə adlandırmağa qərar vermişik. Muzeyin bu hissəsi ən xüsusi guşələrdən biridir. Yenidən qurulan bu məkanda dünyanın dörd qitəsi təmsil olunur: Avstraliya, Afrika, Amerika və Asiya. Heydər Əliyev Fondu ilə birlikdə məqsədimiz bunları bir araya gətirməkdir. Hər gün muzeyə gələn minlərlə ziyarətçi müxtəlif mədəniyyətləri və inancları birləşdirən bu əsərləri görmək imkanına malik olur".

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bu əsərin Azərbaycanda xalçaçılıq sənətində yeni bir erasının başlanğıcı olduğunu qeyd edib və ilk dəfə olaraq 28 qadının səkkiz il ərzində "Səmavi dinlər" ideyasını həyata keçirdiyini deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə sülhün və müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşaya bildikləri məkan olub. "Bizim üçün xalça sənətkarlıqdan, ənənəvi incəsənətdən daha üstün bir dəyərdir. Biz bilirik ki, hər bir ənənəvi incəsənət hansısa xalqın ruhunu nümayiş etdirir. Beləliklə, bu gün bu üç xalçada Azərbaycanın və onun xalqının ruhunu görmək mümkündür", - deyə Ə.Məlikova əlavə edib.

Sonra qonaqlar sərgiyə baxıblar.

Qeyd edək ki, sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür. Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini - sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Paylaş

Xəbər lenti

Elçin Qasımov: Slovakiya Azərbaycanı Cənubi Qafqazda sabitliyin qarantı kimi görür Bu gün, 20:48 "Bavariya" Noyerə əvəzləyi tapıb - İngiltərədən transfer edilə bilər Bu gün, 20:48 Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib Bu gün, 20:48 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı Bu gün, 20:48 Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi müzakirə edilib Bu gün, 20:48 Sahibə Qafarova: Yeni təşəbbüslər Bakı və Bratislava arasında əlaqələrin genişlənməsinə töhfə verəcək Bu gün, 20:48 Sürücülər risk altındadırlar: Masazır dairəsi istiqamətində böyük TƏHLÜKƏ Bu gün, 20:48 Bakıda dişini çəkdirən qadın xərçəng oldu Bu gün, 19:48 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI Bu gün, 19:48 Suraxanı sakinləri dayanacaqsız qaldılar Bu gün, 19:48 Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB Bu gün, 19:48 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA Bu gün, 19:48 Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı Bu gün, 18:48 Canni İnfantino İlham Əliyevlə görüşündən paylaşım etdi Bu gün, 18:48 Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib Bu gün, 18:48 Abid Şərifovun SON DURUMU: "Gəzə bilmirəm..." Bu gün, 18:48 Mal əti niyə bahalaşır? Bu gün, 18:48 Bu rayonda incəsənət məktəbi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 18:48 Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək Bu gün, 17:49 "Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR Bu gün, 17:49 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar Bu gün, 17:49 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Bu gün, 17:49 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Bu gün, 17:48 Azərbaycanda həkim sayı azalır: Səhiyyədə kadr problemi dərinləşir? Bu gün, 17:48 "Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı Bu gün, 17:48 Oktyabrda hava necə olacaq? Bu gün, 16:48 "Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı Bu gün, 16:48 ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib Bu gün, 16:48 Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Bu gün, 16:48 "Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA Bu gün, 16:48 637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ Bu gün, 16:48 Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub Bu gün, 16:48 63 yaşlı Hülya Avşar: "Yaşıma rəğmən çox gözələm!" Bu gün, 15:48 Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir Bu gün, 15:48 Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqladı Bu gün, 15:48 İmamoğlu casusluq işi üzrə məhkəmədə çıxış edib Bu gün, 15:48 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR Bu gün, 15:48 Məmmədli kəndində baş verən qətlin DETALLARI Bu gün, 15:48 AZAL-dan Turizm İşçiləri Gününə özəl kampaniya: sərnişinlərə xüsusi endirimlər Bu gün, 15:48 "Roşka" məhkəmədən vaxt istədi Bu gün, 15:48 İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib Bu gün, 15:48 Azərbaycanda bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA Bu gün, 14:48 Türkan Vəlizadə: "Səsim Aygün Kazımovanın səsinə bənzəyir" Bu gün, 14:48 Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən... Bu gün, 14:48 Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək Bu gün, 14:48 "Roşka" ləqəbli tiktokerə cəza istənilib Bu gün, 14:48 "Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub Bu gün, 14:48 İlham Əliyev Məsud Pezeşkiana zəng edib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR