Dünən, 10:48 109

"Bolt" şirkəti 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşı olub.

Dünya çempionatı ilə başlayan əməkdaşlıq "Bolt" və Azərbaycan Cüdo Federasiyası (ACF) arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur.

Tərəfdaşlıq çərçivəsində çempionat iştirakçılarının, qonaqların və azarkeşlərin şəhərdaxili hərəkətinin daha rahat təşkili nəzərdə tutulur. Yarış günlərində tədbirə gələn istifadəçilər "Bolt" tətbiqi vasitəsilə səfərlərə 25 faiz endirimdən yararlana biləcəklər. Endirimdən istifadə qaydaları çempionat ərəfəsində açıqlanacaq.

Eyni zamanda, "Bolt for Business" həlli təşkilatçıların və tərəfdaşların işgüzar səfərlərinin vahid platforma üzərindən idarə olunmasına imkan yaradacaq. Bu həll nəqliyyatın koordinasiyasının daha səmərəli təşkilinə və şəxsi avtomobillərdən istifadə ehtiyacının azaldılmasına xidmət edəcək.

"Bolt for Business"in Azərbaycan üzrə rəhbəri Salman Babazadə tərəfdaşlıqla bağlı bildirib:

"Cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi ölkəmiz üçün mühüm idman hadisəsidir. Rəsmi mobillik tərəfdaşı kimi məqsədimiz iştirakçıların, qonaqların və azarkeşlərin şəhər üzrə hərəkətini daha rahat etməkdir. "Bolt for Business" vasitəsilə təşkilati səfərlərin daha səmərəli idarə olunmasına da dəstək verəcəyik".

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu əməkdaşlığın dünya çempionatının təşkili baxımından əhəmiyyətini vurğulayıb:

"Bakıda keçiriləcək dünya çempionatı çoxsaylı idmançı, nümayəndə heyəti və azarkeşi bir araya gətirəcək. Belə irimiqyaslı yarış zamanı mobilliyin səmərəli təşkili mühüm məsələlərdən biridir. "Bolt" ilə əməkdaşlığın həm çempionat iştirakçılarının və qonaqların rahatlığına, həm də təşkilati proseslərin daha çevik həyata keçirilməsinə töhfə verəcəyinə inanırıq. Eyni zamanda, bu əməkdaşlığın dünya çempionatından sonra da davam etməsini və uzunmüddətli tərəfdaşlığa çevrilməsini müsbət qiymətləndiririk".

Qeyd edək ki, Bakı-2026 cüdo üzrə dünya çempionatında fərdi mübarizələr 4–10 oktyabr tarixlərində, qarışıq komanda yarışı isə oktyabrın 11-də Milli Gimnastika Arenasında keçiriləcək. Mundialda 97 ölkədən 640 cüdoçunun iştirakı nəzərdə tutulur.

Paylaş

Xəbər lenti

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var Bu gün, 16:48 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar? Bu gün, 16:48 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Bu gün, 16:48 Daha bir yolda mikromobillik zolağı təşkil olundu Bu gün, 16:48 Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndiriləcək - Kimlər imtahan verməyəcək? Bu gün, 16:48 Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Öskürək zamanı bu iki qidadan uzaq durmaq tövsiyə olunur Bu gün, 16:48 Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 16:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib Bu gün, 16:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Sentyabr ayının reytinq cədvəli açıqlanıb Bu gün, 15:48 "Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir Bu gün, 15:48 Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan və Yunanıstan turizm sahəsində 3 illik fəaliyyət planı imzalayıb Bu gün, 15:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə XƏBƏRDARLIQ Bu gün, 15:48 Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı Bu gün, 15:48 Yaşar Gülər: Sülhü qorumaq üçün müharibəyə hazır olmalıyıq Bu gün, 15:48 57 yaşlı müğənni reanimasiyadan çıxdı - Ona qaraciyər köçürüləcək Bu gün, 15:48 Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da Bu gün, 15:48 Yeniyetmə oğlan infarktdan öldü Bu gün, 14:49 Sabah Azərbaycanda leysan yağacaq Bu gün, 14:49 Sabah Bakının bu rayonunda su kəsiləcək Bu gün, 14:49 "Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir Bu gün, 14:49 Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər Bu gün, 14:49 Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq Bu gün, 14:48 Emrahın oğlu Zaqatalada belə dincəlir Bu gün, 14:48 Gəncədə 5 şagird zəhərlənib, araşdırma başlanılıb Bu gün, 14:48 KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxladı Bu gün, 14:48 Azərbaycan Basketbol Liqasının qalibi olan klub 1 milyon 400 manat mükafat qazanacaq Bu gün, 13:48 "Sovetski"də meyit aşkarlandı Bu gün, 13:48 Şərurun 14 kəndində işıq olmayacaq Bu gün, 13:48 Tərtərdə avtomobil mikroavtobusla toqquşub, xəsarət alanlar var Bu gün, 13:48 Payızın ən faydalı tərəvəzləri açıqlanıb Bu gün, 13:48 Bakıda AQEM-in Media Forumu keçirilib Bu gün, 13:48 64 yaşlı Cim Kerri üçüncü dəfə evləndi Bu gün, 13:48 Özbəkistan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasını böyük struktura çevirməyi təklif edib Bu gün, 12:48 21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi Bu gün, 12:48 TDT Baş katibi: Türk dövlətləri müdafiə sənayesi sahəsində birlikdə çalışmalıdır Bu gün, 12:48 Ağstafada məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döyüb Bu gün, 12:48 İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir Bu gün, 12:48 Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 12:48 Fərid Şəfiyev: Azərbaycan-Ermənistan sülh prosesi dörd istiqamət üzrə gedir Bu gün, 12:48 Azərbaycanın iştirakı ilə "Made in Central Asia" brendi altında istehsala başlanılacaq Bu gün, 11:48 Çexiya və Azərbaycan şirkəti birgə özüyeriyən haubitsa istehsal edəcək Bu gün, 11:48 Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirilib Bu gün, 11:48 "Spotify" və "TikTok" Azərbaycanda vergi uçotuna alınıb Bu gün, 11:48 Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub Bu gün, 11:48 ARDNF "Brookfield"lə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR