
Avarçəkmə idman növündə özünəinam vacibdir.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bunu "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibi olan Əlimurad Hacızadə deyib.
O, qarşıdakı planları haqqında danışıb:
"Bu idman növündə özünəinam vacibdir. Qalib olduğuma görə çox sevinirəm. Qarşıdan "Prezident Kuboku" yarışı gəlir. Hazırlaşacağıq və yaxşı nəticə göstərməyə çalışacağıq".
Qeyd edək ki, Ə.Hacızadə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqda 1000 metr məsafəyə yarışın qalibi adını qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.