
Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb:
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı Dünya Ağciyər Sağlamlıq Gününə həsr olunan beynəlxalq elmi praktiki konfransda deyib.
"Son illərin tibbi-bioloji mənzərəsinə nəzər salsaq, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini görürük. Həmçinin onunla yanaşı digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, ortalama ömür uzunluğu son illərdə ortalama dünya səviyyəsində 73 ili, Azərbaycanda bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla yanaşı biz düşünməliyik ki, qazandığımız qalan ömür illərini nə dərəcədə sağlam yaşamışıq".
O bildirib ki, 2023-cü ilin statistikasına görə, dünyada ümumi ölümlərin təqribən 74%-i qeyri-yoluxucu xəstəliklərin payına düşür:
"Yəni hər dörd ölümdən üçü qeyri-infeksion xəstəliklərin payına düşür. Ölkəmizdə də qeyri-infeksion xəstəliklərin payı artmaqdadır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.