
Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, qadınların +78 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində İtaliya təmsilçisi Asya Tavano ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatıb və Kaisinova dünya çempionatını medalsız başa vurub.
***12:04
Azərbaycan cüdoçusu Camal Qamzatxanov Bakıda təşkil olunan dünya çempionatına qələbə ilə start verib.
BAKU.WS xəbər verir ki, o, 1/32 finalda Çili cüdoçusu Fransisko Solisi ipponla məğlub edib.
C.Qamzatxanov 1/16 finalda Nikita Sviridlə (Xorvatiya) qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.